28 İyul 2022 10:12
469
12 Punto 14 Punto 16 Punto 18 Punto

Saatlı rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində qanunsuz olaraq silah saxlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupu məlumat yayıb.

Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə rayon sakini Rəşad Quliyev qanunsuz olaraq silah saxladığı müəyyən edilib.

Onun yaşadığı ünvana baxış keçirilən zaman həyətində yerləşən mebel sexindən bir ədəd “TOZ 8” markalı yivli silah və bir ədəd pnevmatik tapança aşkar edilib.

Faktla bağlı Saatlı rayon polis şöbəsində istintaq tədbirləri davam etdirilir.


Müəllif: Hacı Zeynalov