28 İyul 2022 12:40
515
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tovuz rayon polis şöbəsinin əməkdaşları tərəfindən iyulun 27-də qəsdən adam öldürməkdə şübhəli bilindiklərinə görə tutulan E.Bağırov və Q.Quliyevin ətrafında araşdırma aparılıb.

Teleqraf.com xəbər verir ki, aaparılan əməliyyat tədbirləri ilə onların İbrahimhacılı kənd sakinləri R.Alıyev, N.Alıyev, A.Tağıyev və N.Alıyevlə birgə iyulun 17-nə keçən gecə Qovlar şəhərində S.Hüseynovun həyətindən 3 baş qoyun, iyulun 18-dən 21-dək olan müddətdə kənd sakini Y.Məmmədovanın həyətindən 2 baş qoyun, bir evdən 276 manat pul və 1000 dəyərində qızıl-zinət əşyaları, digər evdən isə televizor oğurlamaları da müəyyən olunub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Alıyev, N.Alıyev, A.Tağıyev və N.Alıyev saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov