30 İyul 2022 09:05
435
12 Punto 14 Punto 16 Punto 18 Punto

Biləsuvar şəhərində ümumi sahəsi 256 m² (hər mərtəbəsi 128 m2) olan ikimərtəbəli mağazanın 1-ci mərtəbəsində məişət əşyaları 5 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Teleqraf.com-a bildirilib ki, yüksək temperaturdan mağazanın lambirdən ibarət tavanı 5 m² sahədə əriyib. Mağazanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Müəllif: Teleqraf.com