31 İyul 2022 08:40
576
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazax rayonunda yerli sakin mübahisə zəminində bıçaqlanıb.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Quşçu Ayrım kəndində qeydə alınıb.

Kənd sakini, 1997-ci il təvəllüdlü İ.Süleymanov kənd ərazisində keçirilən toy mərasimi zamanı mübahisə zəminində bıçaqlanıb.

O, iki bıçaq yarası ilə xəstəxanaya yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırmalara başlanılıb


Müəllif: Teleqraf.com