1 Avqust 2022 10:42
434
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyi istirahət günləri baş verən cinayət faktları və hadisələr barədə məlumat yayıb.

Teleqraf.com xəbər verir ki, iyulun 30-də və 31–də ölkə ərazisində qeydə alınan cinayətlərdən 92-sinin, eləcə də əvvəlki dövrlərdən bağlı qalan cinayətlərdən 4-nün açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 35, o cümlədən borclu şəxs qismində axtarışda olan 16 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 8 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 9 nəfər ölüb, 5 nəfər isə xəsarət alıb.

Narkotiklərlə əlaqəli 43, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 2 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 84 nəfər saxlanılıb.


Müəllif: Hacı

Oxşar xəbərlər