Saray qəsəbə Bələdiyyəsinin sədri Məhi Həsənov rüşvət almaqda ittiham edilir.
Teleqraf.com-un əldə etdiyi məlumata görə, Məhi Həsənov xidməti otağında rüşvət alan zaman Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən yaxalanıb.
***
12.07
Saray qəsəbə bələdiyyəsinin sədri Məhi Həsənov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Teleqraf.com Unikal.org-a istinadən xəbər verir ki, M.Həsənov Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı saxlanılıb.
Hazırda araşdırma aparılır.