1 Avqust 2022 12:45
495
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tovuz rayon polis şöbəsi əməkdaşları tərəfindən qəsdən adam öldürdüyünə görə tutulan E.Bağırovun, Q.Quliyevin və oğurluq etdiyinə görə tutulan A.Tağıyevin daha bir cinayət əməli üzə çıxıb.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat ximətindən bildirilib.

Onların ətrafında aparılan əməliyyat tədbirləri ilə onların Məşədilər kənd sakini S.Səfərovla birgə iyulun 5-də İbrahimhacılı kəndindəki daha bir evdən pul və 1500 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaları və evi yandırmaları da müəyyən olunub.

Qeyd edək ki, iyulun 25-də, saat 03 radələrində Tovuz rayonu İbrahimhacılı kəndində fərdi yaşayış evində yanğın baş verməsi nəticəsində ev sahibi Yaqut Quliyeva və həmkəndlisi Həqiqət Cabbarova ölüb.

Faktla bağlı prokurorluq və polis əməkdaşlarının peşəkarlıqla keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində qeyri-aşkar şəraitdə törədilmiş cinayətin “isti izlər”lə açılması təmin edilib.

Cinayət Məcəlləsinin 120.2.1 (bir qrup şəxs tərəfindən qəsdən adam öldürmə) və 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə) və 120.2.11-ci (quldurluq, hədə-qorxu ilə tələb etməklə əlaqədar adam öldürmə) maddələri ilə cinayət işi başlanıb.

Aparılan istintaq-əməliyyat tədbirləri ilə həmin kənd sakinləri - 2003-cü il təvəllüdlü Elcan Bağırovun, 2005-ci il təvəllüdlü D.Dadaşov (şərti) ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında oğurluq məqsədilə Yaqut Quliyevaya məxsus evə girmələrinə, daha sonra Həqiqət Cabbarova və Yaqut Quliyevanın onları görmələri səbəbindən cinayət əməllərinin ifşa olunmasının qarşısını almaq üçün onlara bıçaqla xəsarətlər yetirərək öldürmələrinə və evi yandırmalarına əsaslı şübhələr müəyyən edilib.

E.Bağırov və D.Dadaşov Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində həbs qətimkan tədbiri seçilib.

Tovuz rayon polis şöbəsinin əməkdaşları tərəfindən iyulun 27-də qəsdən adam öldürməkdə şübhəli bilindiklərinə görə tutulan E.Bağırov və Q.Quliyevin ətrafında araşdırma aparılıb.

Aparılan əməliyyat tədbirləri ilə onların İbrahimhacılı kənd sakinləri R.Alıyev, N.Alıyev, A.Tağıyev və N.Alıyevlə birgə iyulun 17-nə keçən gecə Qovlar şəhərində S.Hüseynovun həyətindən 3 baş qoyun, iyulun 18-dən 21-dək olan müddətdə kənd sakini Y.Məmmədovanın həyətindən 2 baş qoyun, bir evdən 276 manat pul və 1000 dəyərində qızıl-zinət əşyaları, digər evdən isə televizor oğurlamaları da müəyyən olunub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Alıyev, N.Alıyev, A.Tağıyev və N.Alıyev saxlanılıblar.

Bu cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər