Daxili İşlər Nazirliyi Goranboy rayonunda baş verən yol-nəqliyyat hadisəsi barədə məlumat yayıb.
Teleqraf.com xəbər verir ki, iyulun 31-də saat 1 radələrində Goranboy rayonunun Goran qəsəbəsi ərazisində Qazax rayon sakini X.Babayevin idarə etdiyi “Mercedes” və Ağcabədi rayon sakini M.Muradovun idarə etdiyi “QAZel” markalı avtomobillər toqquşub.
Nəticədə X.Babayevin sərnişinləri olan Bakı şəhər sakini Famil Məmmədli və Sumqayıt şəhər sakini Tamerlan Qasımlı hadisə yerində ölüb, özü və digər iki sərnişin xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqaqat İdarəsi tərəfindən araşdırma aparılır.