3 Avqust 2022 14:37
638
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı sakinindən şantaj yolu ilə 10 min manat tələb edilib.

Teleqraf.com xəbər verir ki, bir nəfər şəxs Biləcəri qəsəbə sakini A.Dadaşovun videogörüntüsünü sosial şəbəkədə yayacağını bildirib, ondan 10 min manat pul tələb edib.

Zərərçəkmiş hüquq-mühafizə orqanlarına müraciət edib.

Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən paytaxt sakini R.Əmirov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər