7 Avqust 2022 11:41
766
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nefftçala rayon polis şöbəsinin əməkdaşları tərəfindən narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərin aşkar edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində növbəti uğurlu əməliyyat tədbiri keçirilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupu məlumat yayıb.

Rayon polis şöbəsinə Kür çayının rayonun Yenikənd kəndi ərazisindən keçən hissəsinin sahilində narkotik tərkibli bitkilərin kultivasiya edilməsi barədə əməliyyat məlumatı daxil olub.

Dərhal qeyd edilən ərazi əməliyyat nəzarətinə götürülüb.

Keçirilən əməliyyat tədbirləri nəticəsində qeyd edilən cinayət əməli ilə məşğul olan rayonun Xıllı kənd sakini Ceyhun Həmzəyev çətənə bitkilərinə qulluq edən zaman “iş başında” saxlanılıb.

Həmin əraziyə keçirilən baxış zamanı 42 kiloqram marixuana və yaş çəkisi 331 kiloqram olan 110 ədəd çətənə kolu aşkar olunaraq götürülüb. Əvvəllər də narkotiklərə görə həbs olunan həmin şəxs izahatında narkotiklərin kultivasiyası ilə məşğul olduğunu etiraf edib.

Aşkar olunan faktla bağlı Neftçala rayon polis şöbəsinin istintaq bölməsində cinayət işi başlanılıb.

İstintaq və əməliyyat tədbirləri davam etdirilir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər