7 Avqust 2022 12:26
542
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində qanunsuz olaraq odlu silah və sursat saxlamaqda şübhəli bilinən rayon sakini müəyyən edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupu məlumat yayıb.

Daxil olmuş məlumat əsasında polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə Yurik İsmayılov saxlanılıb.

Onun yaşadığı ünvana baxış keçirilən zaman 1 ədəd “Makarov” markalı tapança, tapançaya məxsus 11 ədəd patron və 2 patron darağı, eləcə də 1 ədəd qundağı və lüləyi kəsilmiş ov tüfəngi aşkar edilib.

Faktla bağlı Bərdə rayon polis şöbəsində araşdırma aparılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər