8 Avqust 2022 10:08
1 194
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı şəhəri Nərimanov rayonu N.Nərimanov adına 45 nömrəli tam orta məktəbin 3-cü sinif şagirdi yol qəzası nəticəsində vəfat edib.

Teleqraf.com xəbər verir ki, bu barədə məlumat sözügedən məktəbin rəsmi feysbuk səhifəsində yerləşdirilib.

Bildirilir ki, məktəbin 3c sinif şagirdi Məcidli Səlim paytaxtda baş vermiş yol qəzasında həyatını itirib.

Faktla bağlı polis tərəfindən araşdırma aparılır.


Müəllif: Teleqraf.com