4 Dekabr 2014 10:55
783
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qafqaz Araşdırmalar Mərkəzinin rəhbəri Kamran Ramazanlı “Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədlini debata çağırır.

Teleqraf.com bildirir ki, bu haqda Ramazanlı özünün facebook.com sosial şəbəkəsindəki səhifəsində bildirib. Qafqaz Araşdırmalar Mərkəzinin rəhbəri vurğulayıb ki, sözünün üstündə dayanır və Zəlimxan Məmmədlini debata dəvət edir: “Debatı təşkil etməyi də üzərimə götürürəm. Əgər gəlməsə belə onun hüquq çərçivəsində hesabat verməsini tələb edəcəyik. Bunu da etməsə rəsmən istefasını tələb edib buna nail olacağıq. Borçalı məsələsi ümummilli məsələ olduğu üçün Zəlimxan Məmmədlinin hesabatdan qaçmağa haqqı yoxdur”.

Qeyd edək ki, son aylar Kamran Ramazanlı “Borçalı” Cəmiyyətinin sədrinə qarşı ciddi iradlar bildirir. Hələ ötən ay bu iradların bir qismini cavablandıran Məmmədli vurğulamışdı ki, sədr kimi ancaq cəmiyyət üzvləri qarşısında hesabatlıdır və kənar şəxslərin fikirləri onun üçün əhəmiyyətli deyil.

Cavidan


Müəllif:

Oxşar xəbərlər