"Bu gün Ağdam Rayon Mərkəzi Xəstəxanasının 12 əməkdaşı zəhərlənmə diaqnozu ilə xəstəxananın Qəbul şöbəsinə yerləşdirilib".
Bu barədə Teleqraf.com-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Bildirilib ki, onların hər birinin vəziyyəti stabil olaraq qiymətləndirilir: "Hazırda müalicələri davam etdirilir, onların vəziyyəti TƏBİB rəhbərliyinin nəzarətindədir. Zəhərlənmənin səbəbi araşdırılır".
15:01
Ağdam Rayon Mərkəzi Xəstəxanasında aparılan dezinfeksiya işləri ilə bağlı 12 tibb işçisi yüngül dərəcədə zəhərlənib.
Bu barədə Teleqraf.com-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, hazırda rayon prokurorluğunda araşdırma aparılır.
14:37
Ağdam Rayon Mərkəzi Xəstəxanasının tibb işçiləri arasında kütləvi zəhərlənmə qeydə alınıb.
Teleqraf.com xəbər verir ki, kütləvi zəhərlənməyə səbəb xəstəxananın 3-cü mərtəbəsində - Poliklinika şöbəsində dezinfeksiya işlərinin aparılması olub. /Trend