11 Avqust 2022 17:43
493
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Kür çayında və Yuxarı Qarabağ kanalında qanunsuz balıq ovu ilə məşğul olan şəxslər saxlanılıb.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov Teleqraf.com-a bildirib ki, araşdırma zamanı brakonyerlərin Zərdab rayon sakini Fuad Məmmədov, Gədəbəy rayon sakini Dəyanət Cəfərov olduğu müəyyən edilib.

Onlardan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb: “Faktlarla bağlı qanun pozucuları barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb”.

B.Məhəmmədov onu da qeyd edib ki, keçirilən nəzarət tədbirləri zamanı Ağcabədi rayonunun Şənlik kəndi ərazisindən keçən kollektordan 80 metr uzunluğunda sintetik tor yığışdırılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər