11 Avqust 2022 22:44
727
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın Çerniqov şəhərində bir müddət əvvəl Rusiya ordusu tərəfindən atılan raket zərbələri nəticəsində yanaraq kül olan bir qrup şəhər sakinin DNT analizinin nəticəsi məlum olub.

Teleqraf.com xəbər verir ki, Çerniqov Birləşmiş Azərbaycanlıları Konqresinin sədri İskəndər Vəliyevin sözlərinə görə, şəhərin ərazi müdafiə qüvvələrinin üzvü olan, 1966-cı il təvəllüdlü Əsgərov Fəzail İsa oğlunun yanmış nəşini bu gün morqdan götürərək dəfn ediblər.

Digər həlak olan azərbaycanlı isə Poltova sakini olub. Poltava Azərbaycanlılar Radasının sədri Füzuli Qənbərov bildirib ki, yaxın qohumu, 1966-cı il təvəllüdlü Əsgərov Tofiq Məmməd oğlu Dnepropetrovsk vilayəti ərazisində mülki mühafizəçi işlədiyi əraziyə Rusiya ordusu tərəfindən raket zərbələri nəticəsində həlak olub. Onunla birlikdə daha 10 ukraynalı mülki sakin ölüb.


Müəllif: Mənbə/Report

Oxşar xəbərlər