Türkiyənin İYİ Partiyasının sədri Meral Akşeneri it dişləyib.
Teleqraf.com xəbər verir ki, hadisə Akşenerin Yalovaya səfəri zamanı baş verib.
Beləki, siyasətçi xanımın avtomobili yolda iti vurub. Bundan narahat olan Akşener avtomobildən düşərək itin vəziyyəti ilə maraqlanmaq istəyib. Elə bu zaman it xanımın əlini dişləyib.
Bildirilib ki, xanım siyasətçi quduzluğa qarşı peyvənd olunub.