14 Avqust 00:27
242
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pakistanda ağır yol qəzası baş verib.

Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, ən azı 13 nəfər vəfat edib.

Məlumata görə, hadisə Pəncab əyalətində qeydə alınıb. Pakistanda yük maşınının sərnişin avtobusunun üzərinə aşması nəticəsində azı 13 nəfər ölüb, 5 nəfər yaralanıb.

Qeyd edilir ki, avtobus hərəkətdə olarkənrxəndəyə düşüb. Bu vaxt arxadan gələn yük maşını avtobusun üzərinə aşıb.

Hadisə yerinə təcili yardım və hüquq-mühafiə orqanlarının əməkdaşları cəlb edilib.


Müəllif: Teleqraf.com