15 Avqust 09:32
266
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şamaxı rayonunda avtomobil aşıb, ölən və yaralananlar var.

Teleqraf.com xəbər verir ki, hadisə avqustun 14-ü saat 22:30 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun rayonun Acidərə kəndi ərazisindən keçən 108-ci kilometrində qeydə alınıb.

Belə ki, Tovuz rayon sakini, 1991-ci il təvəllüdlü Nəbiyev Nazim Murquz oğlu idarə etdiyi "Hyundai" markalı avtomobili ilə Bakı istiqamətində hərəkətdə olan zaman idarəetməni itirib və nəqliyyat vasiətsi aşıb. Nəticədə avtomobildə olan sərnişin paytaxt sakini, 1981-ci il təvəllüdlü Abdullayev Rauf Ramiz oğlu hadisə yerində ölüb. Digər sərnişinlər, Bakı şəhər sakinləri - 1982-ci il təvəllüdlü Abdullayeva Pərvanə İsgəndər qızı və 1973-cü il təvəllüdlü Yusifova Könül Abasqulu qızı bədən xəsarətləri alıblar.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Mənbə/Report