4 Dekabr 2014 16:33
783
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclis Musa Qasımlını Berlin və Hamburqa göndərir

Milli Məclisin deputatı Musa Qasımlı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə həsr olunmuş konfranslarda iştirak etmək üçün dekabrın 5-dən 15-dək Almaniyada səfərdə olacaq. Bu haqda Milli Məclisdən bildirilib. Teleqraf.com bildirir ki, Almaniyadakı Türk-Azərbaycan Birliyinin təşkilatçılığı ilə Berlin və Hamburq şəhərlərində keçiriləcək konfranslarda Türkiyə və Azərbaycan tarixçiləri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair həqiqətləri yerli ictimaiyyətin diqqətinə çatdıracaq, tarixin müxtəlif dövrlərində ermənilərin azərbaycanlılara qarşı törətdikləri qətliamlardan, o cümlədən Xocalı soyqırımından bəhs edəcəklər.

Deputatımız öz məruzələrində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi kökləri barədə ətraflı məlumat verəcək. Son iki yüz ildə ermənilərin Azərbaycan ərazilərinə gətirilib yerləşdirilməsi nəticəsində bölgədə demoqrafik şəraitin dəyişdirildiyini Almaniya ictimaiyyətinin nəzərinə çatdıracaq. 1988-ci ildən başlanan Dağlıq Qarabağ münaqişəsinin bu gün də regional sülhə və təhlükəsizliyə böyük təhlükə olduğunu, həmçinin qonşuluq münasibətlərini təhdid etdiyini konkret faktlarla bildirəcək.

Nemət


Müəllif:

Oxşar xəbərlər