16 Avqust 20:16
232
12 Punto 14 Punto 16 Punto 18 Punto

Zaqatala Dövlət Təbiət Qoruğununda yanğın baş verib.

Teleqraf.com xəbər verir ki, bu gün saat 16 radələrində Zaqatala Dövlət Təbiət Qoruğunun Balakən rayonu Qullar kənd inzibati ərazisinin yaxınlığından keçən hissəsinin dağətyi ərazisinin 1 saylı dolayında qoz bağında yanğın baş verib.

Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin (FHN) Balakən Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və canlı qüvvəsi cəlb edilib.

Yanğınsöndürənlərin səyi nəticəsində yanğının genişlənməsinin qarşısı dərhal alınıb. Yanğın nəticəsində qoz bağının 0,3 hektar sahəsində quru ot, xəzəl və kol-kos yanıb. Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com