Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.
FHN-dən Teleqraf.com-a bildirilib ki, nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 106 yanğına çıxış və 2 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 3 nəfər xilas edilib. Həmçinin, 21.08.2022-ci il tarixində dənizdə nəzarətsiz ərazidə çimərkən batmış 1 nəfərin meyiti tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.