Gəncə şəhərində intihar hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə şəhərin Bağbanlar qəsəbəsində baş verib.
Əslən Xocalı rayonundan olan 1998-ci il təvəllüdlü Elsəvər Şükürov beşmərtəbəli binanın beşinci mərtəbəsindən özünü ataraq intihar edib.
İlkin məlumata görə, 24 yaşlı şəxs atasının ölümünə dözməyərək intihar edib. Bu gün atasının üç mərasimi keçirilib. İntihar edən şəxsin psixi problemlərinin olduğu da bildirilir.
Faktla bağlı araşdırma başlanılıb.