6 Dekabr 2014 15:37
736
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müxalif ADP, ALP, AXCP, Müsavat, AXP, KXCP və digər partiyalar faktiki olaraq bələdiyyə seçkilərində iştirak etməyəcək.

Buna səbəb adı çəkilən partiyaların bəzilərinin ümumiyyətlə namizəd irəli sürməməsi, digərlərinin namizədlərinin isə həddən ziyadə az olmasıdır. Aparılan müşahidələr göstərir ki, paytaxtın seçki dairələri ətrafında olan təbliğat tablolarında müxalifətçi bələdiyyə namizədinin təşviqat materialına rast gəlinmir.
Görünən budur ki, müxalifətin başı daxili çəkişmələrə və mübarizəyə qarışıb. Bu boşluğun yerini isə konstruktiv müxalifət hesab edilən BQP, VHP, AVP və digər partiyalar doldurur.

Qeyd edilən partiyalar ümumilikdə mindən çox namizəd irəli sürüblər. Müşahidələr isə deyir ki, seçkilərdə daha çox rəqabətli dairələr paytaxtda olanlardər.

Cavidan


Müəllif:

Oxşar xəbərlər