Əldə etdiyimiz məlumata görə, ötən həftə Kommunist Partiyasının qurultayı keçirilib.
Ancaq bu haqda mətbuata geniş məlumat verilməyib. Üstəlik, hansı kommunist partiyasının qurultay keçirməsi də bilinmir. Problem ondadır ki, ölkəmizdə sağ müxalifətçi partiyalar kimi, sol kommunist partiyalar da deqradasiya mərhələsini yaşayır.
Həmçinin kommunist partiyaları bir-birinin şinelindən çıxdığı və eyni adları daşıdığı səbəbindən hansı partiyanın belə tədbir keçirdiyini müəyyən etmək olmur.
Vahid Azərbaycan Kommunist Partiyasının sədri Musa Tükanov bildirib ki, onun sədri olduğu təşkilatın qurultayı olmayıb. O əlavə edib ki, hazırda daha çox partiyanın sənədlərini qaydaya qoymaqla məşğuldurlar.
Araşdırma aparsaq da, hansı partiyanın qurultay keçirdiyini müəyyən edə bilmədik. Bu isə göstərir ki, kommunistlər cəmiyyətdən uzaq, dar bir çərçivədə fəaliyyət göstərirlər.
Cavidan