12 Sentyabr 2022 00:25
613
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cəlilabad rayonunda ağır yol qəzası baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə Mədətli kəndində qeydə alınıb.

"Niva" və "VAZ 2107" markalı minik avtomobilləri toqquşub. Hadisə nəticəsində bir ailənin 7 üzvü xəsarət alıb.

Yaralılar xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com