7 Dekabr 2014 09:34
698
12 Punto 14 Punto 16 Punto 18 Punto

Demokratik Birlik Fraksiyası Qubad İbadoğlunun hərəkatına dəstək haqda qərar verib.

Bu gün KXCP daxilində fəaliyyət göstərən Demokratik Birlik Fraksiyasının toplantısı keçirilib. Toplantıda bir sıra məsələlər müzakirə edilib.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, toplantıda son zamanlar Qubad İbadoğlunun elan etdiyi Azərbaycan Demokratiya və Rifah Hərəkatı ilə əməkdaşlıq məsələsi də müzakirə obyekti olub.

Sonda qərara alınıb ki, Demokratik Birlik Fraksiyası bundan sonra Azərbaycan Demokratiya və Rifah Hərəkatının təşkilati işlərində yaxından iştirak etsin.

Cavidan


Müəllif:

Oxşar xəbərlər