Bakının Sabunçu rayonunda yeniyetmənin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, Zabrat qəsəbəsində avtomobil yolu keçən 2009-cu il təvəllüdlü Məmmədzadə Sirac Raman oğlunu vurub.
Müayinə zamanı ona sol körpücük sümüyünün sınığı diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.