24 Sentyabr 2022 12:17
509
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Gömrük Komitəsinin (DGK) əməkdaşları tərəfindən Azərbaycana qanunsuz yollarla gətirilmiş 3 041 ədəd balıq toru aşkar edilib.

Bu barədə Teleqraf.com-a DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən məlumat verilib.

Bildirilib ki. Komitənin Əməliyyat-İstintaq Baş İdarəsinə daxil olmuş məlumat əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Çin Xalq Respublikasından ölkəmizə “Alclotho” MMC-nin ünvanına tekstil yükü gətirən 47 D 83510/47 D 83610 nömrəli yük avtomobili yoxlanılıb.

Bu zaman yük avtomobilində gömrük orqanına bəyan edilməyən 15 çuvalda qablaşdırılmış vəziyyətdə əksər hissəsi mülki dövriyyədən çıxarılmış (idxalına yol verilməyən) 3 041 ədəd balıq toru və düzgün bəyan edilməyən müxtəlif adda geyim əşyaları aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər