26 Sentyabr 11:21
463
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nərimanov rayonunda sosial şəbəkələrdə müxtəlif şirnikləndirici vədlər müqabilində narkokuryerliyə cəlb olunan daha 34 nəfər saxlanılıb, barələrində cinayət işləri başlanılıb.

Teleqraf.com xəbər verir ki, Nərimanov rayon Polis İdarəsinin əməkdaşları tərəfindən sentyabr ayı ərzində keçirilən əməliyyatlar zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan ümumilikdə 34 nəfər saxlanılıb.

Həmin şəxislərdən 9 kiloqram, o cümlədən 4 kiloqram heroin, 1 kiloqram metamfetamin və 4 kiloqram marixuana aşkar edilib.

Saxlanılan şəxslər ifadələrində sosial şəbəkələr vasitəsi ilə tanış olduqları xarici ölkələrədə yaşayan narkotacirlərin təsiri altına düşərək onların müxtəlif şirnikləndirici vədləri müqabilində Bakı şəhərində narkokuryerlik təklifi ilə razılaşdıqlarını bildiriblər.

Qeyd edək ki, İdarə əməkdaşları tərəfindən Nərimanov rayonunda son dövrlər ərzində keçirilən əməliyyatlar zamanı ümumilikdə 45 kiloqram, cümlədən 27 kiloqram heroin və digər güclü təsiredici narkotik vasitə, 14 kiloqram marixuana, həmçinin 4 kiloqram metamfetamin qanunsuz dövriyyədən çıxarılıb.

Aşkar edilən faktlarla əlaqədar idarənin istintaq şöbəsində cinayət işləri başlanılıb.

Araşdırmalar davam etdirilir.


Müəllif: Hacı Zeynalov