27 Sentyabr 2022 10:15
439
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyi ötən gün baş verən hadisələr barədə məlumat yayıb.

Teleqraf.com xəbər verir ki, sentyabrın 26-da ölkə ərazisində qeydə alınan 46, əvvəlki dövrlərdən bağlı qalan 7 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 98, o cümlədən borclu şəxs qismində axtarışda olan 75 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 1 nəfər isə xəsarət alıb.

Narkotiklərlə əlaqəli 13, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 33 nəfər saxlanılıb.

Sentyabrın 27-də saat 1 radələrində Yasamal rayonunun A.M.Şərifzadə küçəsində Bakı şəhər sakini Y.Yusubov idarə etdiyi “Nissan” markalı avtomobillə yolu keçən paytaxt sakinləri Natiq Əliyevi və Həsən Ələkbərovu vurub.

Nəticədə N.Əliyev hadisə yerində ölüb, H.Ələkbərov isə xəstəxanaya yerləşdirilib.

Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov