8 Dekabr 2014 16:55
1 713
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hələ proseslərə müdaxilə etmək lazım deyil. Məqamı gələndə münasibət bildirəcəyik. Hələlik vəziyyəti öz axarına buraxmışıq, proseslərin durulmasını gözləyirik”.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Müsavat Partiyasının Məclis üzvü Almaz Əliqızı deyib.
Onun sözlərinə görə, tərəfkeşlik etmək istəmir, bu səbəbdən mediaya danışmaqdan da imtina edirmiş.
A.Əliqızı nə qurultayın nəticəsindən narazı qalan Qubad İbadoğlunu, nə də yeni başqan Arif Hacılıya tərəf durduğunu söyləyib: “Hər iki tərəfdə olan insanlar mənim üçün əzizdir. Onların hər biri partiya üçün can qoyan insanlardır, aralarında heç birinə fərq qoymuram. Tərəf də qalmaq istəmirəm. Müsavat demokratik təşkilatdır, camaat məsələləri nahaq şişirdir, hazırda partiyada çətin situasiya görmürəm. Müəyyən məsələlərə baxışda fikir ayrılığı var, bu da çox normaldır. Ehtirasları qızışdırmaq lazım deyil. İnanıram ki, hər şey öz yerini tapacaq. Təbii ki, çətin məqam olanda qolumuzu çırmalayıb ortalığa girəcəyik. Mənim kimi düşünən kifayət qədər insan var”.

A.Əliqızı qurultay öncəsi Qubad İbadoğlunun siyahısında adının çəkilməsinə və sonradan Arif Hacılının təbliğat kampaniyasındakı iştirakına aydınlıq gətirib: “Heç kəsin təbliğat kampaniyasında iştirak etməmişəm. Partiyanın Yasamal rayon təşkilatının üzvüyəm. Təşkilat görüş keçirəndə dəvət olundum və iştirak etdim. Arif Hacılının da, Qubad İbadoğlunun da görüşlərində iştirak edib partiya mənafeyinə uyğun olaraq danışmışam. Konkret kimisə dəstəkləməmişəm”.

Arif Hacılının komandasında təmsil olunub-olunmayacağına gəlincə, Məclis üzvü olan müsavatçı xanım vurğuladı ki, dəfələrlə Divan üzvlüyünə ərizə yazılması təklif olunub: “Amma bundan imtina etdim. Arif bəy sağ olsun, Məclisin toplantısında müavini qismində adımı çəkdi, təşəkkür edib o postdan da imtina elədim. Məclis sədrliyinə təklifə səhhətim də yol vermir. Özüm də istəmirəm”.

A.Əliqızı Q.İbadoğlunun rəhbərliyi altında yaradılan Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatına münasibətini açıqlayıb: “Hərəkat ayrıca partiya deyil ki. Bu adamlar yenə Müsavatdadırlar. Heç nə deyə bilmərəm, nə istəyirlər özləri bilərlər. Mən Müsavatdan başqa heç yerdə təmsil olunmuram, olunmayacağam da, ancaq Müsavatı düşünürəm. Mənim meyarım bu partiyanı yaşatmaqdır”.

Qeyd edək ki, Müsavatın sentyabrın 27-də keçirilən qurultayından sonra partiya faktiki olaraq 2 qrupa bölünüb. Başqanlıq seçkisinin nəticələrindən narazı qalan başqanlığa keçmiş namizəd Qubad İbadoğlu və tərəfdarları növbədənkənar qurultay keçirilməsini tələb edirlər. Hazırda narazılar ADR Hərəkatı yaradıblar.

Nərgiz


Müəllif:

Oxşar xəbərlər