8 Dekabr 2014 18:03
794
12 Punto 14 Punto 16 Punto 18 Punto

Demokratik İslahatlar Partiyasının təşəbbüsü ilə “Azərbaycan qadınları 21-ci əsrdə” mövzusuna həsr olunmuş konfrans keçirilib.

Konfransı giriş sözü ilə açan partiya sədri Asim Mollazadə qeyd edib ki, Azərbaycan qadınları 21-ci əsrin çağırışlarına cavab verməklə, öz fəal, savadlı, dünyadakı qadınlarla rəqabətdə irəli çıxmaq bacarıqları ilə yenə də Türk və İslam aləmindəki öncül qadın rolunu öz üzərinə götürməlidir. DİP-in qarşıya qoyduğu prioritet istiqamətlərdən biri də, məhz qadınların inkişafına, ictimai-siyasi həyatda irəli çıxmasına yardım etməkdir. Bu konfransın da əsas məqsədi Azərbaycan qadınlarının fəallığının artırılması üçün səmərəli fikir və təklifləri dinləməkdir. Burada səslənən fikirlər əsasında təkliflər paketi hazırlanaraq müvafiq icra və qanunverici hakimiyyətlərə təqdim ediləcək.

Sonra DİP siyasi Şurasının üzvü, Qadın Liderliyi Uğrunda İctimai Birliyin sədri Ülkər Abdullayeva "Azərbaycanda qadın liderliyi: problemlər və çıxış yolları" mövzusunda məruzə edib. Qadınların idarəetmədə, qanun yaradıcılığında, seçkilərdə, sahibkarlıq fəaliyyətində, təhsil prosesində iştirakına dair statistika, aparılmış tədqiqatların nəticələri barədə məlmat verib. Mövcud problemlərin həllinə dair DİP-in təkliflərini diqqətə çatdırıb. Çıxışdan sonra müzakirələr keçirilib.

Millət vəkillərindən Sevinc Fətəliyeva, Ceyhun Osmanlı, bir sıra yerli və beynəlxalq təşkilatların rəhbərləri, müvafiq nazirlik və komitələrin, ali və orta təhsil müəssisələrinin təmsilçiləri mövzu barədə fikir və təkliflərini ifadə ediblər.

Ayxan


Müəllif:

Oxşar xəbərlər