Ələt-Astara magistralının Cəlilabad rayonundan keçən hissəsində ağır yol nəqliyyat hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, VAZ-2107 markalı avtomobil yoldan çıxaraq ağaca çırpılıb.
Hadisə nəticəsində 2 nəfər ölüb. Onların hərbçi olduğu bildirilir.
Həyatını irtirənlər sürücü Mübariz Azər oğlu Aslanov və sərnişin İslam İsaq oğlu Musayevdir.
Hər 2 meyit müayinə olunmaları üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Cəlilabad rayon şöbəsinə təhvil verilib.