1 Oktyabr 2022 10:09
373
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncə şəhərinin 3-cü mikrorayon ərazisində ötən gecə 46 yaşlı kişi qətlə yetirilib.

Teleqraf.com xəbər verir ki, Gəncə şəhər sakini, 1976-cı il təvəllüdlü Fuad Abdulhalimov şah damarının kəsilmiş yarası ilə xəstəxanaya çatdırılıb. Ancaq həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, 1977-ci il təvəllüdlü Afdandil Kərimov saxlanılaraq istintaqa cəlb edilib.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır. //Report


Müəllif: Teleqraf.com