Qubada piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupu məlumat yayıb.
Rayon sakini 33 yaşlı Xəyalə Mustafayeva avtomobil vurub.
Quba rayon polis şöbəsinin əməkdaşı tərəfindən yaralıya ilkin tibbi yardım göstərilməklə xəstəxanaya çatdırılıb.
Müxtəlif dərəcəli bədən xəsarətləri alan şəxsin vəziyyəti ağırdır.
Faktla bağlı araşdırma aparılır.