Bakının Sabunçu rayonunda oğurluq hadisəsinin üstü açılıb.
Teleqraf.com xəbər verir ki, Sabunçu rayon Polis İdarəsinin 13-cü polis bölməsinə Bakıxanov qəsəbəsi ərazisində İsmayıllı rayon sakini Ruslan Teymurova məxsus “Toyota” markalı avtomobildən tanışına məxsus 8400 manat pulun oğurlanması barədə müraciət daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğun həmin avtomobilin sahibi R.Teymurov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib və o, saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.