4 Oktyabr 2022 17:13
645
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hərbi Prokurorluq Dağkəsəndə aşkarlanan minalarla bağlı araşdırmalara başlayıb.

Bu barədə Teleqraf.com-a Baş Prokurorluqdan bildirilib.

Daşkəsən rayonu Buğdadağ adlanan ərazidə 1-2 oktyabrda erməni diversiya qruplarının yeni basdırdığı Ermənistanda istehsal edilmiş 452 ədəd “Э-001 М” tipli piyada əleyhinə mina Müdafiə Nazirliyinin mühəndis-istehkamçıları tərəfindən aşkar edilərək təhlükəsizlik qaydalarına riayət olunmaqla zərərsizləşdirilib.

Həmin partlayıcı vasitələrin Vətən Müharibəsindən sonra basdırıldığı ehtimal edilir.

Faktla bağlı Azərbaycan Hərbi Prokurorluğunda araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər