5 Oktyabr 2022 11:41
414
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Binəqədi rayonunda oğurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, Binəqədi rayon Polis İdarəsinin 6-cı polis bölməsinə isə Biləcəri qəsəbəsi ərazisindən Ş.Məmmədova məxsus “KİA” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini Q.Əliyeva Suraxanı rayonunun Bülbülə qəsəbəsi ərazisində avtomobillə birgə saxlanılıb.

Bundan başqa, Binəqədi rayon Polis İdarəsinin 40-cı polis bölməsinə oktyabrın 4-də Hökməli qəsəbəsi ərazisindən qəsəbə sakini İ.Hümbətova məxsus “Ford Transit” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Yevlax rayon sakini Məmməd Bəkirov Şirvan şəhəri ərazisində avtomobillə birgə saxlanılıb.

Hər iki faktla bağlı araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov