Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə 70 yaşında vəfat edib.
Bu barədə Teleqraf.com-a onun həyat yoldaşı məlumat verib.
Onun sözlərinə görə, mərhum Araz Əlizadə bir neçə gün əvvəl Milli Onkologiya Mərkəzinə yerləşdirilib və dünən dünyasını dəyişib: "Artıq Arazı itirdik, bu, ailəmiz üçün böyük itkidir".
A.Əlizadə bu gün Yasamal qəbiristanlığında torpağa tapşırılacaq.