8 May 2014 15:40
1 133
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün müdafiə sənayesi naziri Yavər Camalov Azərbaycanda səfərdə olan İtaliya Senatının müdafiə komissiyasının sədri Nikola Latorre ilə görüşüb.

Müdafiə Sənayesi Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş müzakirələr aparılıb.

Nikola Latorre səmimi qəbula görə minnətdarlığını bildirib.

Görüşdə Azərbaycanın və İtaliyanın səfirləri iştirak ediblər.

BƏXTİYAR


Müəllif: