7 Oktyabr 2022 09:57
519
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oktyabrın 6-da, saat 10 radələrində Gəncə şəhər sakini, 1979-cu il təvəllüdlü Anar Hüseynovun almış olduğu xəsarət nəticəsində ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Bu barədə Teleqraf.com-a Gəncə şəhər prokurorluğundan bildirilib.

Aparılmış araşdırmalarla müəyyən edilib ki, zərərçəkmişin qonşusu 1993-cü il təvəllüdlü Ramil Musayevun oktyabrın 5-i axşam saatlarında şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Anar Hüseynova kəsici-deşici alətlə xəsarət yetirib, sonuncu almış olduğu xəsarət nəticəsində qeyd edilən tarixdə ölüb.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Ramil Musayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər