“Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 22.01.1993-cü il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikası Baş Prokurorluğunun Əlistanov Namiq Bayrambəy oğlunun ekstradisiyası haqqında vəsatəti Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən təmin edilib.
Bu barədə Teleqraf.com-a Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.
Qusar rayon polis şöbəsinin icraatında olan cinayət işi üzrə Namiq Əlistanov tərəfindən dələduzluğun təkrar törədilməsinə dair əsaslı şübhələr müəyyən edilib və barəsində həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilib.
Namiq Əlistanov 11 iyul 2022-ci ildə Rusiyanın ərazisində müəyyən edilərək saxlanılıb.
5 oktyabr 2022-ci ildə o, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə ölkəmizə gətirilib.