7 Oktyabr 15:44
292
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncədə şəhər 3 nömrəli tam orta məktəbdə şagirdlər salatdan zəhərlənib.

Teleqraf.com xəbər verir ki, məktəbdən verilən məlumata görə, oktyabrın 7-də 6b sinfində texnologiya dərsində salat hazırlanıb.

"Həmin salatdan 5 nəfər şagird zəhərlənib. Hadisə dərhal valideynlərə bildirilib və həkimə müraciət edilib",- məktəbdən qeyd edilib.

Məlumata görə, salat üçün bütün məhsulları şagirdlər öz evlərindən gətiriblər. //Report


Müəllif: Teleqraf.com