Bakı şəhəri, Nizami rayonu, Əlif Hacıyev küçəsində beşmərtəbəli yaşayış binasında baş vermiş yanğında 1 nəfər yüngül xəsarət alıb, ölən yoxdur.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən bildirilib.
Ərazidə DİN və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən zəruri tədbirlər görülür. Sakinlərin təhlükəsizliyi təmin edilib.
Yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində qısa müddət ərzində məhdudlaşdırılıb.
Əldə etdiyimiz məlumata görə, hadisə zamanı 2001-ci il təvəllüdlü Əliyev Toğrul Əfqan oğlu yanıq xəsarətləri alıb.
***
Bakı şəhəri, Nizami rayonu, Əlif Hacıyev küçəsində yerləşən beşmərtəbəli yaşayış binasında yanğınla nəticələnən partlayış baş verib.
Teleqraf.com xəbər verir ki, bu haqda Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub və yanğın söndürülüb.
İlkin ehtimala görə hadisə qaz sızması səbəbindən baş verib.