Ötən gün respublikanın avtomobil yollarında ölümlə nəticələnən 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb.
Teleqraf.com xəbər verir ki, oktyabrın 11-də saat 1 radələrində Sabirabad rayonunun Qaragüney kəndi ərazisində Sumqayıt şəhər sakini E.Söyzalıyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən 40-45 yaşlı kişini vurub və nəticədə piyada hadisə yerində ölüb.
Oktyabrın 10-da saat 17 radələrində Sabunçu rayonunun Kürdaxanı qəsəbəsi ərazisində Sumqayıt şəhər sakini İ.Əhmədova idarə etdiyi “Chevrolet” markalı avtomobillə Kəlbəcər rayon sakini Fəxri Umudovun idarə etdiyi “Mitsubishi” markalı avtomobili vurub.
Nəticədə F.Umudov hadisə yerində ölüb.
Oktyabrın 10-da saat 20 radələrində Sumqayıt şəhəri ərazisində şəhər sakini T.Məmmədov idarə etdiyi “Chevrolet” markalı avtomobillə yolu keçən həmyerlisi Çingiz Alxanlını vurub və nəticədə piyada hadisə yerində ölüb.