Goranboy rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, oktyabrın 17-də saat 10 radələrində Goranboy rayonunun Veyisli qəsəbəsi ərazisində rayon sakinləri Mais Bağırovun idarə etdiyi “Daewoo” və C.Əhmədovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub.
Nəticədə M.Bağırov hadisə yerində ölüb, digər sürücü və 4 sərnişin xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı Goranboy rayon polis şöbəsində araşdırma aparılır.