Respublikada tanınmış pediatr Cabbar Mustafayev dünyasını dəyişib.
Teleqraf.com xəbər verir ki, bu barədə mərhumun yaxınları məlumat veriliblər.
Həkimin qara ciyər xəstəliyindən vəfat etdiyi bildirilir.
Cabbar Musayev Azərbaycan Tibb Universitetinin Pediatriya fakültəsini bitirdikdən sonra 1994-2000-ci illərdə Şəki Mərkəzi Rayon Uşaq Xəstəxanasında həkim-pediatr işləyib.
2000-2002-ci illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nəzdində xüsusi əlahiddə taborda tibbi xidmət rəisi, 2002-2007-ci illərdə Şəki şəhər uşaq xəstəxanasında, 2011-2012-ci illərdə “Atlas” Tibb Mərkəzində, 2012-2015-ci illərdə “Baku City” Hospitalda həkim-pediatr kimi fəaliyyət göstərib.
Baku TehranTibb Mərkəzində həkim-pediatr işləyib.
Allah rəhmət eləsin.
Xatırladaq ki, ötən gün Bakı Dəmiryolu Xəstəxanasının həkimi, ginekoloq Sevinc Abdullayeva da dünyasını dəyişib.