Xətai rayonu “NZS” qəsəbəsində evə basqın edən şəxslər saxlanılıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a bildirilib ki, naməlum şəxslər evə əllərində olan bıçaqla daxil olaraq mənzildə olan qızıl-zinət əşyalarını, o cümlədən 1 200 manatı ələ keçiriblər.
Hadisə barədə məlumat daxil olan kimi Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən axtarışlara başlanılıb. Əməliyyat nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Tərlan Abbasov və Surac Salmanov tutularaq istintaqa təqdim olunublar. Hər iki şəxs ifadələrində etdikləri hadisəni etiraf ediblər.
Faktla bağlı Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət İşi başlanılıb. Tərlan Abbasov və Surac Salmanovun paytaxt ərazisində digər analoji cinayətlər törətdikləri istisna olunmur.