24 Oktyabr 2022 13:53
615
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azad Azərbaycan Televiziyasının (ATV) əməkdaşı iş yerində vəfat edib.

Teleqraf.com xəbər verir ki, hadisə nahar fasiləsi zamanı telekanalın binasında baş verib.

Telekanalın Nəqliyyat şöbəsinin müdiri 47 yaşlı Mustafa Məmmədovun yemək yeyərkən boğazında qida qalıb. Qida nəfəs borusuna düşdüyündən o boğularaq ölüb.

Əraziyə tibbi yardım və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər